Sankt-Peterburq sakini iyun ayında donub öldü

Sankt-Peterburqda yaşlı qadın küçədə soyuqdan ölüb.
“İnterfax” xəbər verir ki, bunu şəhərin səhiyyə işçiləri çevrəsi bildirib.
Belə ki, 70-75 yaşlı qadın ictimai nəqliyyatın dayancağından xəstəxanaya aparılıb. Həkimlər ona ağır dərəcəli hipotermiya diqanozu qoyub. Yaşlı qadın xəstəxanada vəfat edib.
İyunun əvvəlində Sankt-Peterburqda sərin, küləkli, yağışlı hava müşahidə olunur.
Qeyd edək ki, hipotermiya insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaran əlamətdir. Bu, insan soyuq şəraitdə uzun müddət qaldıqda yaranır. Leysan, külək və qar kimi amillər hipotermiyanın yaranmasının başlıca səbəbləri sayılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR