Seulda universitetdə partlayış baş verib

Cənubi Koreyanın paytaxtında “Yonsey” universitetində partlayış baş verib.

Qafqaznews  APAya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.

İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR