Seyid vəsiqəsinin ardınca “Ətağa” diplomu verilir – FOTO

A24.az-a “Ətağa” diplomunun verilməsi ilə bağlı şəkil göndərilib.

Oxu.Az xəbər verir ki, diplom “Mir Mövsüm ağa fəxri mükafatı” adı ilə verilir.

Həmin fotonu təqdim edirik.

Xatırladaq ki, bir neçə gün əvvəl saytımızda “Seyid Ağa” vəsiqələrinin verilməsi barədə məlumat vermişdik. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəd QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilmişdi. Sənəd onun imzası və şəxsi möhürü ilə təsdiqlənmişdi.

Qafqaz Müsəlmanları İdarəsindən isə heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi qeyd olunmuşdu və “Bu, qazinin şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazinin möhürüdür”, -deyə açıqlama verilmişdi.

Vəsiqənin Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verildiyi qeyd olunsa da, o, bunu təkzib etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR