Seyidlik vəsiqəsi alan şəxs jurnalisti təhqir etdi – “Cəhənnəm olun, rədd olun”

“Vəsiqəni internetdə kimin yaydığını bilmirəm. Bu barədə araşdırma aparılır”.
Bu sözləri açıqlamasında Seyid Ağa vəsiqəsi almaqla gündəmə gələn Elnur Tağıyev deyib.
O, vəsiqəni kimin yaymasının özünə də maraqlı olduğunu deyib: “Xəbərim yoxdur ki, bu vəsiqəni kim, necə, nə səbəbə, hansı məqsədlə yayıb. İstintaq aparılır. Kim edibsə, tapılacaq və cəzasını çəkəcək”.
Vəsiqəni əldə etmək məqsədinə gəldikdə, E.Tağıyev bunun üçün bir səbəbə ehtiyac olmadığını dedi:
“Vəsiqə almaq üçün bir səbəb olmalıdır ki? Qəribə sual veririsiniz. Bu ilk hal deyil, fil qulağında yatmısınız. Bu xəbərlərin hamısını da rədd edin!”.
Sonrakı sualla cavab verməkdən imtina edən E.Tağıyev “Cəhənnəm olun, rədd olun. Məni narahat etməyin bir də” deyərək, telefonu söndürüb.

publika.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR