Sinqapur zibilin toplanması və daşınmasını avtomatlaşdırır

Sinqapur yaşayış məhəllələrindən zibillərin toplanması və daşınması üçün ağıllı sistemlərin tətbiqinə başlanır.

İKT.lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, bunun nəticəsində sözügedən sahədə insan əməyi 70% ixtisar olunacaq, həmçinin sakinlər üçün rahatlığı, təhlükəsizliyi və aşağı kommunal ödənişləri təmin edəcək.

Mənzil tikintisi və inkişaf üzrə Sinqapur Şurasının sədri Çonq Kun Xeyn deyib ki, ölkəsi əcnəbi işçi qüvvəyə arxalana bilməz və zibil daşımaq problemini müasir texnologiyalara əsaslanaraq həll etmək lazımdır.

Evlərdəki ötürücü vasitəsilə toplanan zibilin həcminə nəzarət etmək və zibil qabları 80% dolduğu halda, zibilyığan maşını çağırmaq mümkün olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR