Sürücü qızdan rüşvət alan polis kapitanı qızın evinə gəlib, pulu geri qaytardı

Publisist, eks millət vəkili Xeyrəddin qocanın qızından 100 manat rüşvət alan polis əməkdaşı Emil Seyidov aldığı pulu geri qaytarıb.
AZXEBER.COM-un məlumatına görə, eks-deputat özü bu barədə sosial şəbəkə hesabında yazıb. “Camaat! Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov bu gün 100 manatı geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çorək pulu üçün mənim yanıma gəlmişdı…”
Qeyd edək ki, iki gün əvvəl Xeyrəddin Qoca qızından rüşvət alındığı barəsində yazmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR