Fransada baş verən qəribə qəzanın görüntüləri sosial şəbəkədə böyük maraq doğurub.
Oxu.Az faktxeber.com-a istinadən xəbər verir ki, kadrlarda sürücüsü olmayan motosikletin magistral yolda müstəqil şəkildə hərəkət etməsi görünür.
Bildirilir ki, fransalı motosikletçi yolda qəzaya düşüb və oturacaqdan yıxılıb. Bu vaxt motosiklet müstəqil şəkildə öz yoluna davam edərək, qəza yerindən bir neçə km uzaqlaşır.
Həmin görüntüləri təqdim edirik :