Təqaüdçülərə şad xəbər: Pensiyalar verildi

Bakı şəhərində pensiyaların maliyyələşdirilməsinə başlanılıb.

Oxu.Az xəbər verir ki, bu ayı üzrə pensiyaların maliyyələşməsi gecikmişdi.

Belə ki, pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait, adətən, Bakı şəhərində hər ayın 9-10-da hesablara köçürülürdü. Ayın 13-ü paytaxt üzrə maliyyələşmə başa çatırdı.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Bakı şəhəri üzrə maliyyələşməni yekunlaşdıracaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR