Tanınmış iş adamı “Bank VTB (Azərbaycan)”dan imtina etdi

“Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının strukturunda dəyişiklik olub.

Bankın 2016-cı il üzrə audit hesabatında bildirilir ki, Əşrəf Kamilov payını Adıgözəl Ağayevə satıb. Söhbət səhmlərin 0,01%-dən gedir.
Digər iki səhmdarı payı isə dəyişilməz olaraq qalıb. Belə ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin 51%-i “Bank VTB” SC-yə (RF), 48,99%-i isə “AtaHoldinq” ASC-yə məxsusdur.

Qeyd edək ki, Ş.Kamilov “AtaHoldinq” ASC-nin Müşahidə Şurası sədrinin birinci müavini, A.Ağayev isə İdarə Heyətinin sədridir.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ötən ili 141 milyon manatdan çox zərər ilə başa vurub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR