Tehranda növbəti hücum: Xəsarət alanlar var

İranın Tasnim agentliyi ölkənin paytaxtı Tehranda növbəti hücum haqqında məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 16 nəfər xəsarət alıb.

Oxu.Az hurriyet-ə istinadən xəbər verir ki, hücumun terror aktı olmadığı barədə açıqlama verilməsi ilə yanaşı, polis tərəfindən şübhəli bilinən şəxsin göz altına alındığı da bildirilib.

Paytaxtın cənubunda motosikletlə hərəkət edən şəxs yol kənarında dayanan kütlənin üzərinə sulfat turşusu töküb. Hücum edən şəxsin kimliyi və hücum səbəbləri hələlik məlum deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR