Tereza Mey istefa verməyə hazırlaşmır

Böyük Britaniyada seçkilərin nəticələrinin mühafizəkarlar üçün ürəkaçan olmasına baxmayaraq, baş nazir Tereza Mey istefaya getməyə hazırlaşmır.

Oxu.Az xəbər verir ki, bu barədə BBC mənbəyə istinadən xəbər verir.

Mey saat 10:00-da (Bakı vaxtı ilə 13:00) onun rəhbərlik etdiyi Mühafizəkar partiya üçün uğursuz başa çatan seçkilərin nəticələrinə dair bəyanat verəcək.

Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Mühafizəkar partiyanın mandatlarının sayı 314, Leyborist partiyasında 261-dir.  Üçüncü yerdə 35 mandatla Şotlandiya Milli partiyasıdır. Liberal-demokratik partiya 12, Demokratik yunionist partiyası 10 yer sahib olduğu halda, ən sağyönümlü partiya olan Müstəqillik partiyası bir yerə də sahib ola bilməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR