Tillerson Qətər ətrafında yaranmış vəziyyəti şərh edib

ABŞ-ın dövlət katibi Reks Tillerson bir sıra dövlətlərin Qətərlə diplomatik münasibətlərin kəsilməsinə dair bəyanatından sonra Fars Körfəz ölkələrini birliyə çağırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.

Bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn  və BƏƏ Qətərlə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini bəyan edibər. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, bu ölkənin terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

“Biz, əlbəttə, bütün tərəfləri danışıqlar masasına əyləşməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırırıq”, – agentlik Tillersonun Sidneydə etdiyi bəyanatından sitat gətirib.

“Fikrimizcə, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası vahid qalmalıdır”, – Tillerson qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR