Tovuzda qadın sirkə turşusundan zəhərləndi

Tovuz sakini sirkə turşusundan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Cirdaxan  kənd sakini, 1990-cı il təvəllüdlü Allahyarova Leyla Əlizəli qızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, L. Allahyarova səhvən su əvəzinə sirkə turşusu içib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR