Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb – VİDEO

Türkiyənin Şirnak bölgəsində vertolyotun qəzaya uğraması nəticəsində 13 hərbçi həyatını itirib.

“Report” xəbər verir ki, faktı Silahlı Qüvvələrin Baş Qərargahı təsdiqləyib.

Bundan əvvəl KİV 13 nəfərin, o cümlədən bir general, iki polkovnik və dörd zabitin qəza nəticəsində həlak oduğunu yazmışdı.

“Mayın 31-i saat 20.55-də uçuş zamanı elektrikötürücü xətlə toqquşan “Sougar AS 532″ tipli vertolyot qəzaya uğrayıb. Helikopterdə 13 nəfər olub. Əldə edilən məlumatlara görə, onlar ölüblər”, – deyə Türkiyə hərbi idarəsinin məlumatında bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR