Vanuatu Respublikasının prezidenti vəfat edib

Vanuatu Respublikasının prezidenti Balduin Lonsdeyl vəfat edib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkə başçısı iyunun 16-da paytaxt Port-Vilada xəstəxanalardan birində ürək tutmasından dünyasını dəyişib.

Ölkə Konstitusiyasına görə yeni prezident üç həftə ərzində seçilməlidir.

Balduin Lonsdeyl səkkizinci prezidenti kimi ölkəyə 2014-cü ilin sentyabrından rəhbərlik edirdi.

Qeyd edək ki, Vanuatu Respublikası Sakit Okeanın cənubunda yerləşən ada ölkəsidir. Polineziya dilindən tərcümədə vanua – “torpaq, ölkə” deməkdir. 260 min nəfər əhalisi olan ölkənin müstəqilliyi 1980-ci ildə elan olunub. Vanuatu Respublikasının rəsmi dövlət dili bislama (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR