Velosipedçi yol qəzasında can verdi – VİDEO

Lənkəranda yol qəzası gəncin ölümü ilə nəticələnib. ARB TV xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Volkswagen” markalı avtomobili idarə edən Kamran Hüseynov, velosipedlə hərəkət edən Zamin Xəlilovu vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Zamin Xəlilov vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR