VİLYAM HACIYEVİN VƏ ƏHMƏD ƏHMƏDZADƏNİN HİMAYƏ ETDİYİ NİZAMİ MƏMMƏDOVUN AVTOŞ OĞLUNUN RƏZALƏTİ

Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən tələbə övladı bu qədər vəsait necə əldə edir?

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Xatırladaq ki, cənab Prezidentin yuxarıda söylədiyi fikirləri hər bir dövlət məmuru dinləyib və oxuyub. İnanmırıq ki, ölkədə bunun əksini söyləyən məmur olsun. Əgər varsa, o halda bütün sorumluluq həmin dövlət görəvlisini vəzifəyə təyin edən konkret şəxsdə və qurumdadır.
 

Artıq bir neçə gündür ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi, əməlləri ilə Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovla bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, ölkə Prezidentinin məmurların özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər təşkil etməsini kəskin tənqid edən çıxışı zamanı, “bunu yığışdırın, bəsdirin” – deyə konkret göstəriş verməsinə baxmayaraq, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov martın 8-də – doğum günü, paytaxtın ən bahalı restoranlarından birində – “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirmişdi. Mənbənin verdiyi məlumata görə şou-biznes nümayəndələrinin, hətta klounların belə qatıldığı məclis gecənin gec saatlarına qədər davam edib. Olduqca təmtəraqlı keçən məclisin foto və video görüntüləri ötən saylarımızda redaksiya tərəfindən dəyərli oxuculara təqdim edilib.

Məsələnin ən qəribə tərəfi isə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsini tutan Əhməd Əhmədzadə və İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev israrla İmişli Suvarma Sistemləri idarəsinin rəisi, Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovu hələ də israrla himayə etməkdədirlər. Əgər belə olmasaydı hər iki qurumun rəhbərliyi və ya müvafiq strukturlar məsələyə rəsmi münasibət bildirərdilər. Lakin bu günə qədər nə Meliorasiya və Su Təsərrüfatı ASC-dən, nə də ki, İmişli rayon İcra hakimiyyətindən Prezident iradəsinə qarşı çıxan məmurla bağlı hər hansı açıqlama verilməyib. Halbuki Kütləvi İnformasiya haqqında Azərbaycan Respublikası Qanununun, 8-ci maddəsində – Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ – bölümündə deyilir:
 
– Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

– Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

– İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

– Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

– Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
 

Göründüyü kimi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu israrla qoruduqları zaman Azərbaycan Respublikası Qanununu da pozurlar. Biz media olaraq ötən saylarımızda da qeyd etmişdik, görəsən Prezident Sərəncamı ilə yüksək vəzifələrə təyin olunan hər iki şəxs – Vilyam Hacıyev və Əhməd Əhmədzadə üçün Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun özəlliyi nədir? Sözsüz ki, məhz bu suala cavab alana qədər araşdırmalarımız davam edəcək. Əslində bu araşdırmalarımızın nədəni ölkə Prezdentinn mediaya verdiyi önəmdir.

“…Bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir.”

 

Xatırladaq ki, Prezident iradəsinə qarşı çıxan məmurun – İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun əməllərini yoxlamağa ehtiyac qalmır. Redaksiya idarə rəisinin yubiley tədbiri ilə bağlı davamlı olaraq foto və video görüntülər təqdim edir. Onu da qeyd edək ki, ötən sayımızdan etibarən araşdırmalarımızın nəticəsi olaraq Nizami Məmmədovun Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə oğlu Sabir Məmmədlinin gecə həyatı ilə bağlı da çoxsaylı faktlar qarşımıza çıxdı.

Xatırladaq ki, ərəb şahzadələrinin əyləncələrindən geri qalmayan Sabir Məmmədlinin həyat tərzi atası – Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədlinin sahib olduğu kapitalın göstəricidir. Və biz bir daha media mənsubu olaraq İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədən saytımız vasitəsilə soruşuruq: Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən tələbə övladı bu qədər vəsait necə əldə edir?
Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Nizami Məmmədovun tələbə oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil alan Sabir Məmmədli eyni zamanda “peşəkar avtoş” imiş. Sabir Məmmədlinin gecə həyatı, o cümlədən “peşəkar” avtoşluğu əks olunan foto və video görüntüləri dəyərli oxucuların, o cümlədən MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN SƏDRİ ƏHMƏD ƏHMƏDZADƏNİN VƏ İMİŞLİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VİLYAM HACIYEVİN diqqətinə təqdim edirik. Xatırladaq ki, avtoş məmur oğlu ərəb şeyxlərinin ərköyün övladları sayaq, paytaxtda, I vitse – Prezidentin Təşkilat Komitəsinin sədri olduğu, ölkədə keçirilən əksər beynəlxalq tədbirlərin açılış və bağlanış mərasimlərinin təşkil edildiyi Olimpiya stadionunun ərazisində, atasının aldığı xarici markalı, bahalı avtomobili ilə “məharətini” göstərir.
Araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.
 
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
 
Xeberdar.net

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR