Virgin Galactic kosmik gəmini sınaqdan keçirib

Amerikanın Virgin Galactic şirkəti Unity modelli “SpaceShipTwo” suborbital gəmisinin növbəti sınağını keçirib.

Oxu.Az xəbər verir ki bu barədə şirkətin saytında məlumat yayılıb.

“SpaceShipTwo” sınaq zamanı Kaliforniya ştatında – Mohava səhrası üzərində uçub. Sınaq kosmik gəminin yumşaq enişi ilə sona yetib. Sınaqların gedişatında kosmik gəminin ağırlıq mərkəzinin dəyişdirilməsi imitasiya edilib.

Son sınaqlar Unity kosmik gəmisinin doqquzuncu uçuşu ilə olub. Bu modelin sonuncudan əvvəlki buraxılışı 2017-ci ilin may ayının 1-də baş tutub.

“SpaceShipTwo” kosmik gəmisi Virgin Galactic şirkəti tərəfindən suborbital turistik uçuşlar üçün nəzərdə tutulub. Aparatın startı “WhiteKnightTwo” daşıyıcısının yardımı ilə həyata keçirilir, daha sonra Unity ondan ayrılır və müstəqil şəkildə enir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR