“WhatsApp”da mesencer yenilənir

Populyar “WhatsApp” messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub. Artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər.

Qafqaznews lent.az-a istinadən xəbər verir ki, artıq şəkil, videoçarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında “açıq”, “ağ-qara”, “soyuq”, “xrom” və “plyonka” filtrləri mövcuddur.

“iPhone” sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq.

Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR