Xaricdə gizlənən “FETÖ”-çülərə 3 ay vaxt verildi

Türkiyənin Ədliyyə Nazirliyi xarici ölkələrdə gizlənən və 15 iyul hadisələrində təqsirli bilinən “FETÖ” üzvlərini ölkəyə geri dönməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əgər geri çağırılan Türkiyə vətəndaşları 3 ay ərzində ölkəyə qayıtmasa, o zaman ölkə vətəndaşlığından çıxarılacaq.

Məlumatda deyilir ki, bununla bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan xüsusi tapşırıq verib.

Çağırışda deyilir ki, sözügedən şəxslər Türkiyəyə qayıdıb, ölkə qanunlarının tələblərinə uyğun olaraq məhkəmə önündə ifadə verməli və günahsız olduqlarını sübut etməlidir. Əks halda, onlar Türkiyə vətəndaşlığından məhrum olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR