“Yapı Kredi Bank” KİV haqqında qanunu dəyişmək istəyir..?

“Yapı Kredi Bank” onun barəsində “Qafqaz Xəbər Agentliyi” tərəfindən yayılan məlumatların həqiqətə uyğun olmaması və işgüzar nüfuza zərər vurulması iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir.

Bank iddia edir ki, müxtəlif saytların bank barəsində yazdığı məqalələri, xəbərləri “Qafqaz Xəbər Agentliyi”nin öz “Facebook” səhifəsində paylaşması bankın işgüzar nüfuzuna zərər vurmuşdur.

Qafqaz Xəbər Agentliyi” dəfələrlə media ekspertlərinin bu məsələ ilə bağlı fikirlərini dərc etmişdir. “KİV haqqında Qanun”da dəqiq göstərilib ki, hər hansı bir yazı ilkin mənbəyə istinadla verilibsə, agentlik heç bir məsuliyyət daşımır.

Yəni bu həqiqəti bank rəhbərliyi həzm edə bilmir?

Axı, söhbət Qanundan gedir, cənab bank rəhbərliyi.

İndi nə etməli..? Qanunlarımızı sizin istəyinizə uyğunlaşdıraq..?

Bankın iddiası ilə bağlı keçirilən məhkəmə iclasında bankın nümayəndəsi heç bir suala doğru-dürüst cavab verə bilmir, konkret nəyin mübahisəsini apardığını deyə bilmir. O, ancaq təkrar-təkrar təkid edir ki, “Qafqaz Xəbər Agentliyi” banka qarşı qərəzli münasibət göstərir.

Axı, “qərəz” nədən ibarətdir..?

Bankın nümayəndəsi bir daha vurğulayır ki, agentlik onlarla bağlı dərc olunmuş yazıları niyə paylaşır..?

Axı, qanun bu paylaşmanı qadağan etmir. Hətta lazım gələrsə, istinadla həmin yazıları gün ərzində dəfələrlə paylaşmaq olar. Anlamaq olmur ki, “Yapı Kredi Bank” nəyin davasını edir?

Göründüyü kimi, bank konkret nəyin iddiasında olduğunu izah edə bilmir.

Hətta məhkəmədə acı istehzaya səbəb o oldu ki, bank rəhbərliyi heç bir əsas olmadan Araz Məmmədovu məhkəməyə verib.

Axı, Araz Məmmədovun nəinki Qafqaz Xəbər Agentliyinə, ümumiyyətlə bu məsələyə aidiyyəti yoxdur.

Hakimin bu məsələ ilə bağlı sualına bankın nümayəndəsi belə cavab verdi: “İnternetdə “Mətanət-A” şirkəti ilə məhkəmə prosesində Araz Məmmədovu nümayəndə kimi gördük və ordan götürdük”.

Hakim onun sözünü kəsərək: “Siz nümayəndəni məhkəməyə verirsiniz?” deyə sual verdi.

Nümayəndə sualı cavablandıra bilmədi.

Axı, bu qədər hüquqi savadsızlıq olmaz, cənab “Yapı Kredi Bank”ın rəhbərliyi..?

Özünüzü reklamlarda iddialı bank kimi təqdim edirsiniz.

İddialı olmaq olar, ancaq bunun üçün bir az hüquqi savadı artırmalı, qanunları hərdən oxumaq vacibdir.

Bəlkə Azərbaycan qanunlarını öz boyunuza uyğunlaşdırmaq fikrinə düşmüsünüz..?

Əgər belədirsə, bu fikirdən birmənalı əl çəkin. Onsuz da məhkəmə prosesi sizin nə durumda olduğunuzu ortaya qoydu.

Məhkəmə prosesi davam edir.

Bizi izləyin

Anar Asimoğlu

365info.az

Mövzu ilə bağlı linklər:


Mətbuat Şurası İdarə Heyətinin üzvü: ”Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

“Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

“Mən bunu jurnalistikanın təqib olunması kimi qiymətləndirirəm”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR