Yol-nəqliyyat hadisəsində xəsarət alan Kürdəmir sakini üç gün sonra xəstəxanada ölüb

İyunun 13-də Kürdəmir şəhəri ərazisində Qocalı kənd sakini Güloğlan Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanan Sovla kənd sakini Abduləli Rəhimova məxsus “QAZ-3302288” markalı avtomobilə vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən G. Həsənov iyunun 16-da orada ölüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR