Yumurtanın qiyməti yenidən bahalaşır

Cari həftənin əvvəlindən Bakı bazarlarında toyuq yumurtasının qiymətləri kəskin surətdə artmağa (bəzi yerlərdə hətta 14 qəpiyə qədər) başlayıb.

Qafqaznews xəbər verir ki, satıcılar Turana bildiriblər ki, bu bahalaşma davam edəcək, çünki yumurtaya olan tələbat artıb.

Mövsümi tərəvəzlərin – pomidor, yaşıl lobya, göyərti və başqalarının qiymətlərinin azalması ilə yanaşı, əhali yumurta istehlakını çoxaldıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR