Zabrat-Maştağa yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək.

Bununla əlaqədar sürücülərə sözügedən ərazidə diqqətli hərəkət etmələrə tövsiyyə edilir.

Qeyd edək ki, üfüqi nişanlanma xətlərinin çəklişi işləri bu gün axşam saatlarına qədər tam yekunlaşdırlacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR