“Vilyarreal”ın futbolçusu: “Qarabağ”a qarşı matç asan olmadı”

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

“Report”un məlumatına görə, 24 yaşlı cinah oyunçusu “Twitter”də matç barədə fikirlərini bölüşüb.

90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: “İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionundakı matç “Qarabağ”ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR