AVRO-2020: Daha bir vəsiqənin sahibi məlum oldu

AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib. “Report”un məlumatına görə, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 1:0. Tbilisidəki Boris Payçadze adına “Dinamo” stadionunda keçirilmiş qarşılaşmada yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub.

Bununla da Şimali Makedoniya yığması tarixi nailiyyətə imza atıb və AVRO-2020-yə vəsiqə qazanan 29-cu ölkə olub. Bu komanda Avstriya, Niderland və Ukrayna ilə birgə C qrupunda mübarizə aparacaq. Püşkə əsasən, qrup oyunları Rumıniyanın paytaxtı Buxarest və Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.

Qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR