Çempionlar Liqasında darmadağınlar gecəsi

UEFA Çempionlar Liqasında III turun ilk oyun gününə yekun vurulub.

“Report”un məlumatına görə, gecənin 8 görüşündə qapılara ümumilikdə 35 qol vurulub. Matçlardan 5-i darmadağınla yekunlaşıb.

A qrupunda yarışın son qalibi Almaniya “Bavariya”sı Avstriyada “Zaltsburq”unu səfərdə 6:2 hesabı ilə yenərək, 9 xalla liderliyini davam etdirib. Qalib komandanın qollarından 2-ni Robert Levandovski vurub. Qrupun digər görüşündə “Lokomotiv” Rusiyada İspaniya “Atletiko”su ilə heç-heçə edib – 1:1.

B qrupunda “Real Madrid” ilk qələbəsini İspaniyada İtaliya “İnter”i üzərində qazanıb – 3:2. Qrupun digər oyununda “Şaxtyor” Ukraynada Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasına 0:6 hesabı ilə uduzaraq, ilk məğlubiyyətlə üzləşib və liderliyini əldən verib.

C qrupunun hər iki görüşü eyni hesabla yekunlaşıb. “”Mançester Siti” İngiltərədə Yunanıstan “Olimpiakos”unu, “Portu” isə Portuqaliyada Fransa “Marsel”ini darmadağın edib – 3:0.

D qrupunda isə “Midtüllann” Danimarkada “Ayaks”a 1:2 hesabı ilə uduzaraq, ardıcıl üçüncü məğlubiyyətini alıb. İngiltərə “Liverpul”u isə İtaliyada “Atalanta”nı darmadağın edib – 5:0.

3 noyabr

Çempionlar Liqası
Qrup mərhələsi, III tur

A qrupu
21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) – 1:1

Qollar: Anton Mirançuk, 25 (pen.) – Xose Maria Ximenes, 18

00:00. “Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya) – 2:6

Qollar: Mergim Berişa, 4. Masaya Okuqava, 66 – Robert Levandovski, 21 (pen.); 88. Rasmus Kristensen, 44. Jerom Boatenq, 79. Leroy Sane, 83. Lukas Ernandes, 90+2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR