Ermənistan ordusu Ağdam rayonunu tam boşaldıb – RƏSMİ

Ermənistan ordusu 27 il işğal altında saxladığı Ağdam rayonunu tam şəkildə tərk edib.

Bu barədə Rusiya sülhməramlı missiyasından açıqlama verilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal olunmuşdu. BMT Təhılükəsizlik Şurasının 854 saylı qətnaməsi erməni qüvvələrindən rayonu qeyd-şərtsiz tərk etməyi tələb edirdi.

Rayonun azad edilməsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmasına əsasən, nəzərdə tutulmuşdu.https://www.facebook.com/v2.10/plugins/like.php?action=like&app_id=126108928148726&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df354a28255168c%26domain%3Dhit.az%26origin%3Dhttps%253A%252F%252Fhit.az%252Ff2bbff0d07d3dfc%26relation%3Dparent.parent&container_width=690&href=https%3A%2F%2Fwww.facebook.com%2Fhitxeber%2F&layout=button_count&locale=az_AZ&sdk=joey&share=false&show_faces=false&size=large&width=

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR