Hikmət Hacızadə vəfat etdi

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

Bu barədə yaxınları məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Xatırladaq ki, Hikmət Hacızadə  Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR