Kəlbəcərə görə Ermənistandan təzminat istəniləcək – Deputat

Ermənistanın Kəlbəcərdə törətdiyi barbarlıq, vandalizm, həmçinin, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 27 il işğal altında olan rayonda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının göstəricisidir:

“Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də necə ekoloji soyqırımı etdiyini göstərir. Yandırdıqları evlərin çoxu işğaldan əvvəl bizim inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR