Paşinyan kimdən qorxur?

Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı paytaxt İrəvanda hərəkətdə olan zaman şəhərin bir sıra küçələri bağlanır.
Bu barədə Report Ermənistan mətbuatına istinadən xəbər verir. Bildirlir ki, baş naziri müşayiət edən avtomobil karvanı şəhərdə hərəkətdə olanda Yerevanın bəzi küçələrində digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Yerli KİV bunun sakinlərin narahatlığı ilə qarşılandığını vurğulayıb.
Qeyd edək ki, bu qayda son günlər ortaya çıxıb. Daha əvvəl yayılan məlumata görə, Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirib. Bildirilir ki, Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR