Tezliklə Türk əsgəri Azərbaycana gələcək – Son açıqlama

“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.

Bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib. 

O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb: 

“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR