Tezliklə vətəndaşlarımız Şuşanı ziyarət edəcəklər – Yeni yolla

“Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli-Şuşa avtomobil yolunun çəkilməsindən danışarkən deyib. Deputat qeyd edib ki, Füzuli rayonundan Azərbaycanın qürur şəhəri olan Şuşaya yol çəkilişinə başlanılıb:
“Füzuli rayonunun Alxanlı qəsəbəsindən başlanan yol bizi Şuşaya çatdıracaq. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər. Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir”.  

 Vüqar Bayramov bildirib ki, bütövlükdə, daxili turizmə üstünlük verən vətəndaşların əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər:
“Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir. Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR