9 yaşlı uşaq “YouTube“dan milyonlar qazanır

Forbes jurnalı 2020-ci ildə “YouTube”dan ən çox pul qazananları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, artıq üçüncü ildir ki, oyuncaq videoları çəkən 9 yaşlı Ryan birinci yerə sahiblik edir. Onun “YouTube”dan bu il əldə etdiyi gəlirin həcmi 49 612 500 manat ( təxminən 29,5 milyon dollar) olub.

Qeyd edək ki, azyaşlı ABŞ-ın Texas ştatında yaşayır, ailəsinin təşəbbüsü ilə 2015-ci ildə videolar çəkərək kanalında yayımlanacaq başlayıb. “Ryan’s World” adlı kanal onun sahib olduğu 9 kanaldan biridir. Kanala hazırda 41,7 milyon abunə var, videoların izlənməsi isə 10-12 milyard civarındadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR