Azərbaycanda koronavirus vaksinləri birinci kimlərə vurulacaq?

Bütün dünyanı qarşısına alan koronavirus infeksiyası ilə mübarizə forması dəyişir. Artıq bəzi ölkələrdə peyvəndləmə prosesi başlayır. Vaksinin yanvar ayında Azərbaycana da gətirilməsi nəzərdə tutulur. Bəs vaksinasiya öncə kimlər üçün aparılacaq?

Koronavirus xəstələrinin müalicəsində iştirak etmiş həkim-radioloq Aydın Əliyev Modern.az-a mövzu barəsində danışıb. Həkimin fikirlərinə görə,  birinci növbədə risk qrupuna aid olan şəxslər – tibb işçiləri və 65 yaşdan yuxarı olan şəxslər peyvəndlənməlidir:

“İkinci növbədə isə şəkər, diabet, ürək-damar xəstəlikləri olan insanlar,  sonra isə tədricən hər kəsə şamil olunacaq. Bütün əhalinin vaksinasiya olunması vacibdir. Nə üçün öncə qeyd etdiyim təbəqələr peyvəndlənməlidir? Çünki həmin insanlarda orqanizm çox zəif olur və virusa tutulma ehtimalları daha yüksəkdir”.

A.Əliyev qeyd edib ki, hər kəs vaksinin nə qədər önəmli olduğunu başa düşməlidir:

“İnsanlarda bəzi yalnış düşüncələr var. Bir çox şəxslər vaksindən imtina etməyi, hətta qorxulu olduğunu və ya sonradan hansısa fəsadlar yaradacağını düşünürlər. Amma yalnış düşüncələrdir, çünki virusdan qurtulmağımızın tək yolu vaksindir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR