Azərbaycanda qandonduran hadisə: Ata qızını qətlə yetirib, intihar etdi

Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.
Qafqaznews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR