Azərbaycanda yoluxma azaldı, daha 42 nəfər vəfat etdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub.
Qeyd edək ki, dünən koronavirus infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınmış, 4 188 nəfər müalicə olunaraq sağalmış, 45 nəfər vəfat etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR