Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi

Qeyd edək ki, Xətai Hüseynov Tovuz rayonunun Qovlar şəhərindəndir. Son 30 ildə Qovlardan olan ilk şəhiddir.

Qazi Ağaxan Hüseynovun atası da Trend-ə bildirib ki, oğlu müharibədə bir dəfə yaralnıb, həkimlər onu sağaldandan sonra yenidən döyüşə qayıb: “Oğluma əmisi oğlunun şəhid olduğunu demirdik. Zəng edəndə bizimlə danışdığını, yaxşı olduğunu söyləyirdik. Onlar uşaq vaxtından bir yerdə böyüdüyü üçün bilmirdik bu məlumatı ona necə deyək. Ağaxan bir dəfə Füzuli istiqamətində döyüşlər zamanı yaralanıb, ancaq sonradan sağalaraq geri qayıdıb. Hazırda hərbi xidmətdədir, aprel ayında tərxis olunmalıdır”.

Beləliklə, uşaq vaxtından bir yerdə böyüyən əmi uşaqlarının həyat yolunu müharibə ayırdı. Biri şəhid, digəri isə qazi oldu…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR