Buenos-Ayresdəki küçələrdən birinə Maradonanın adı verilə bilər

Argentinanın Buenos-Ayres şəhərinin Qanunverici Məclisi milli komandanın sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın xatirəsini əbədiləşdirmək üçün tədbirlər planı hazırlayıb.

“Report” AFP nəşrinə istinadən xəbər verir ki, şəhər rəhbərliyi əfsanəvi oyunçunun ilk klubu olan “Argentinos Xuniors” klubunun bazasının yerləşdiyi Aqronomiya rayonu ərazisində turizm, idman və mədəniyyət klasteri yaratmaq niyyətindədir.

Xüsusilə komandanın ev oyunlarını keçirdiyi stadionuna gedən küçəyə Maradonanın adının verilməsi təklif edilib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR