Nailə İslamzadə də koronavirusa yoluxdu

Tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub.

HİT.Az xəbər verir ki, teleaparıcı virusa yoluxduğunu təsdiqləyib:

“Evdə müalicə olunuram. Dörd-beş gün öncə özümdə narahatlıq hiss etdim. İki gün öncə testimin cavabı pozitiv çıxdı. Məsləhət görərdim ki, evdən ehtiyac olmadıqca heç yerə çıxmasınlar”.

N.İslamzadə tamaşaçılarına tövsiyə də verib:

“Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR