Rusiyanın xalq artisti vəfat edib

Rusiyanın xalq artisti Valentin Qaft 85 yaşında dünyasını dəyişib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Olqa Ostroumova verib.

Bildirilib ki, aktyorun ölümünə səbəb insult olub. “Sovremennik” teatrında vida mərasimi keçiriləndən sonra mərhum dekabrın 15-də Troyekurov qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Valentin Qaft 100-dən artıq filmdə rol alıb. Onların sırasında “Qaraj”, “Baharın 7 anı”, “Salam, mən sizin xalanızam!”, “12” və s. var. Onun teatral karyerasının böyük qismi “Sovremennik” teatrında olub. Valentin Qaft RSFSR-in xalq artistidir, II, III və IV dərəcəli “Vətənə xidmətə görə” orden kavaleridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR