Azərbaycanda bir dəqiqəlik sükut olacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.Bunu açıqlamasında İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində  avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:“Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR