Azərbaycanda koronavirusa daha 305 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR