Bu gündən payız semestrinin imtahan sessiyası başlayır – Diqqət!

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

“Report” xəbər verir ki, bununla bağlı Təhsil naziri müvafiq əmr imzalayıb.

Əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.

Qeyd edək ki, imtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR