Dağlıq Qarabağa qaytarılan ermənilərin SAYI AÇIQLANDI

Rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa yola salınan növbəti karvanı müşayiət ediblər.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 100-ə yaxın, ümumilikdə isə 47 287 nəfər İrəvandan Xankəndinə qaytarılıb.

Xatırladaq ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, BMT-nin Ali komissarının nəzarəti ilə Dağlıq Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlər geri dönməli idilər.(publika)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR