Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü

Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 95 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, Amerikanın federal və yerli hakimiyyətinin informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, koronavirusun aşkarlandığı insanların ümumi sayı 95 003 533 nəfərə çatıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 23 928 643 insanda təhlükəli infeksiya aşkarlanıb.

Pandemiya ərzində dünyada 2 milyondan çox insan koronavirusdan ölüb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR