Eksternat imtahanlarının nəticələri bəlli oldu

Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.
Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 316 nəfər qatılıb, olardan 250 nəfəri uğur qazanıb.
Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 61 nəfər, tam orta təhsil səviyyəsi üzrə 189 nəfər uğur qazanıb.
Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR