Ermənilər bu gün Azərbaycana təhvil veriləcək kənddə evləri yandırırlar

Ermənistanın Syünik vilayətinin Şurnux kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.

Modern.az xəbər verir ki, Azərbaycanın ermənilərə verdiyi vaxt bu gün başa çatır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, artıq ermənilər Azərbaycana veriləcək ərazilərdəki evlərə od vururlar.

Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR