Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlanıb

Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir.

Bu, Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər “2”, “3”, “4” və “5” olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) “2”, 30 baldan 60-dək (60 da daxil olmaqla) “3”, 60 baldan 80-dək (80 də daxil olmaqa) “4”, 80 baldan 100-dək (100 də daxil olmaqla) “5” kimi qiymətləndirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR