Moskvada qış mövsümündə son 140 ilin rekord istiliyi qeydə alınıb

Rusiyanın paytaxtı Moskvada qış mövsümündə son 140 ilin rekord yüksək temperaturu qeytdə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva meteobürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova deyib.

“Temperatur səhər saatlarında 4-də müsbət 3,8 dərəcə olub, daha sonra temperatur düşməyə başlayıb. Bununla belə, bu gün qeydə alınan temperaturun rekord olması faktdır”, – baş mütəxəssis bildirib.

Onun sözlərinə görə, öncəki rekord 2002-ci ildə qeydə alınmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR